Şehriyar...Han Nene..Xan Nənə
Han Nene..Xan Nənə
xan nənə hayanda qaldın
belə başına dolanım
necə mən səni itirdim
da sənin tayın tapılmaz
sən ölən gün əmmə gəldi
mənı götdu ayrı kəndə
mən uşaq nə anlayaydım
başımı qatıb uşaglar
neçə gün mən orda qaldım
qayıdıb gələndə baxdım
yerivi yığışdırıblar
nə özün və nə yerın var
hanı xan nənəm soruşdum
dedilər ki xan nənəni
aparıblar kərbəlayə
ki şəfasın ordan alsın
səfəri uzun səfərdi
bir iki il çəkər gəlincə
necə ağlaram yanığlı
neçə gün elə çığırdğm
ki səsim sinəm tutuldi
o mən olmasam yanında
özu heç yerə gedənməz
bu səfər nəolubdı mən siz
özu tək qoyub gedibdir
hamıdan acıq edərkən
hamıya acıqlı baxdım
sonra başladım ki məndə
gedirəm onun dalınca
dedilər səninki tezdir
imamın məzarı ustə
uşağı aparmaq olmaz
sən oxu quranı tez çıx
sən onu çıxınca bəlkə
gələ xan nənə səfərdən
tələsik ravanlamaqda
oxurub qurani çıxdım
ki yazım sənə gəl indi
daha çıxmışam qurani
mənə soqat al gələndə
amma hər kağaz yazanda
ağamın gözü dolardi
səndə ki gəlib çıxmadın
neçə il bu intizarla
günü həftəni sayardım
ta yavaş yavaş göz açdım
anladım ki sən ölübsın
…
bilə bilməyə hənuzda
ürıyimdə bir itik var
gözüm axtarar həmişə
nə yamandı bu iiklər
xan nənə canım nolaydı
səni birdə mən tapardım
o ayaqlar üstə birdə
döşənib bir ağlayaydım
qolu həlqə salmış ip tək
o ayağı bağlayaydım
ki daha gedənmiyəydin
gecələr yatanda səndə
məni göynuva alardın
necə bağrıva basardın
gölun ustə gah salardın
acı dunyanı atarkən
ikimiz şirin yatardıq
yuxuda lulu atarkən
səni mən bələşdirərdim
gecəli su qızdırarkən
özüvi təmizləyərdin
ginədə məni opərdin
heç məni acıxlamazdın
savaşan mənə kim olsun
sən mənə havar durardın
məni sən anam döyəndə
qapıb aradan çıxardın
elə istilik o istək
dahı kimsədə olurmu
ürəgim deyir ki yox yox
o dərin səfahı istək
mənim öz əzizligim tək
sənilə gedib tökündü
xan nənə özün deyirdin
ki sənə beheştdə allah
verəcək nə istəyirsən
bu sözün yadında qalsın
mənə qolunu veribsən
elə bir günüm olursa
bilisən nə istərəm mən
sözümi durust qulaq ver
sənilə üşaqlıq əhdin
xan nənə aman nolay
bir uşaqlığı tapardım
bir də mən sənə çataydım
sənilən qucaqlaşaydım
sənilən bir ağlaşaydım
yenidən uşaq olurkən
qucağında bir yatardım
elə bir beheşt olursa
dahı mən öz allahımdan
başqa bir şey istəməzdim
Məhəmməd Hüseyn Şəhriyar
Not: Bazen Büyük Dosyaları tarayıcı açmayabilir...İndirerek okumaya Çalışınız.
Yorumlar